Erkən yaşlanmanın səbələri

Aşağıdakı amillər dərinin erkən yaşlanmasının başlıca
səbəbi olan sərbəst radikalların artmasına səbəb olur. Bəs bunu necə önləmək
olar?
1. Makiyajı
silmədən yatmaq olmaz. Makiyajla yatmaq dərinin vaxtından əvvəl qocalmasına
şərait yaradır. Ona görə də yatmazdan əvvəl makiyajı mütləq təmizləmək gərəkdir.
2. Bundan
sonra dəriyə tonik çəkmək vacib hesab olunur. Çoxları toniklərin əhəmiyyətini
bilməsələr də, əslində bu vasitələrin dərinin güclənməsində rolu var. Ona görə
də makiyajı təmizləyəndən sonra tonik istifadə etmək tövsiyə edilir.
3. Günəş qoruyucu kremlər dərinin qocalmasının
qarşısını alan əsas vasitələrdən biridir. Ələlxüsus 30 yaşdan sonra gündəlik olaraq,
bütün fəsillərdə günəş qoruyucu kremlər çəkmək lazımdır.
4. Göz ətrafı mütləq
nəmləndirilməlidir. Dərinin yaşlanması ilkin olaraq göz ətrafında özünü büruzə
verir. Ona görə də göz ətrafını nəmləndirməyi yaddan çıxarmaq olmaz. Tərkibində
hyaluron turşusu olan nəmləndiricilərin istifadəsi daha yaxşı effekt verir.